Haqqımızda

Çindən Çatdırılma | Niyə Elpost?

Elpost Azərbaycanda Çindən çatdırılma xidməti üzrə ən professional, mərkəzləşdirilmiş xidmət göstərən şirkətdir.

Azərbaycanda fəaliyyət göstərən bütün digər sürətli poçt çatdırma xidmətlərindən bizi fərqləndirən xüsusi bir məqam mövcuddur - biz yalnız Çindən bağlama çatdıran, həm Materik Çində, həm də Honkonq xüsusi statuslu bölgəsində anbarı olan ilk və yeganə şirkətik. Biz Çindən bağlamaların gətirilməsi üzrə ixtisaslaşmışıq. Buna görə də, Çini əlimizin içi kimi tanıyır, sizə yüksək səviyyəli xidməti göstərmək üçün çalışırıq. 

3S - Sürətli, Sərfəli, Sərhədsiz

Sloqanımız üzərində çox düşünmüşük. 3S bizim sizə göstərdiyimiz xidmətlərin təsviridir. Biz Sürətli, Sərfəli və Sərhədiz şəkildə Çindən Azərbaycana bağlamalarınızı çatdırırıq.  

Xidmətlərimiz:

Çatdırılma şirkəti olaraq biz müştərilərim üçün müxtəlif xidmətlər təqdim edirik. Xidmətlərimizə aşağıda sadalananlar daxil olsa da, bununla fəaliyyətimizi məhdudlaşdırmıq, müştərilərimizin məmnuniyyətimi təmin etmək üçün daim inkişaf edir və öyrənirik.

Axtarışda kömək

Materik Çin və Honkonqda olan onlayn satış platformalarının və satılan məhsulların çoxluğunu nəzərə alaraq müştərilərimizə istədikləri məhsulu almaqda köməklik göstərməyə çalışır. Biz Çin bazarında ixitisaslaşmışıq və incə detalları belə bilirik. Müştərimiz almaq istədiyi məhsulun linkini bizə təqdim edəndən sonra bizim əməkdaşlarımız Çin bazarında, müxtəlif platformalarda eyni məhsulu daha münasib qiymətə tapmağa köməklik göstərir. Biz müştərilərimizin yerinə sifariş etmirik, eyni və ya oxşar məhsulu daha münasib qiymətə tapıb, müştərimizə təqdim edirik. 

Çindən çatdırılma xidmətimiz

Materik Çin və Honkonqdan alış-verişinizi rahatlaşdırmaq üçün biz fəaliyyət göstəririk. Sizin üçün hər şey çox sadədir. Siz sadəcə bizim saytımızda qeydiyyatdan keçirsiniz. Dərhal sizin adınıza hesab nömrəsi açılır (EL ilə başlayan) və Sizin iki xarici ünvanınız formalaşır. İstədiyiniz məhsulları müxtəlif platformalardan alır və çatdırılma ünvanı kimi xaricdəki ünvanlardan birini təqdim edirsiniz. Bağlamanız anbarımıza çatdırılan gün sistemə salınır və siz bu barədə məlumatlandırılırsınız. Daha sonra bağlamalarınız təhlükəsiz şəkildə uzaq Çindən Azərbaycana çatdırılır. 

Çində iki ünvan niyə lazımdır

sualınız varsa, cavabı bizdədir - Çin onlayn satış platformaları digərlərindən fərqlənir. Elə onlayn platformalar var ki, onlar yalnız Honkonqa və ya əksinə yalnız Materik Çinə çatdırılma edir. Sizin rahatlığınızı təmin etmək üçün bizim iki ünvanımız var. 

Daşınma konsultasiyası xidmətimiz

Çin bazarı çox şaxəli və çox spesifik olduğundan biz sizə daşınma üzrə də konsultasiya xidməti həyata keçiririk. Biz müştərilərimizə tövsiyə edirik ki, almaq istədikləri məhsulun linkini bizə təqdim etsinlər. Link əldə etdikdən sonra biz avidaşıma şirkəti, Azərbaycan Respublikası Gömrük Komitəsi əlaqə saxlayır, məhsulun Çindən ixracının mümkün olub olmadığını, ölkəmizə idxalı zamanı rəsmiləşdirmə qaydaları barədə məlumat toplayır və müştərilərimizə bu barədə məlumat təqdim edirik.

Ofisimiz seçimi

Müştərilərimizin rahatlığı təmin etmək üçün biz ofisimizin ünvanı seçiminə də xüsusi fikir vermişik. Ofisimiz Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski 79 ünvanında yerləşir. Ofisimiz Gənclik metrostansiyasının çıxışının düz qarşısındadır. Ofisimizin qarşısında böyük avtomobil saxlama ərazisi var ki, avtomobilimizi rahat saxlayıb, bağlamanızı götürə bilərsiniz.

Ödəniş üsulları

Bağlamaların çatdırılması üzrə ödənişləri sizin seçiminizə buraxmışıq - onlayn balansınızı artırmaqla, kartla və ya nağd şəkildə bağlama gəlməmişdən əvvəl və ya sonra. 

Tariflərimiz

Bizim mümkün qədər aşağı tariflərlə çalışırıq ki, Sizə Dünyaın o başından bu başına bağlama gətirmək sərfəli olsun. 

Ələqə rahatlığı

Bizimlə əlaqə saxlamaq çox rahatdır. Bizi Facebook, Instagram kimi sosial şəbəkələrdə izləyə bilər, müraciətlərizini oradan edə bilərsiniz. Və ya Telegram, WhatsApp , WeChat, elektron poçt kimi məktublaşma xidmətləri vasitəsi ilə bizə yazılı müraciət edə bilərsiniz. İstədiyiniz təqdirdə şəhər və ya Mobil nömrəmiz də xidmətinizdədir. 

Yaranma tarixi:

Elpost MMC 2020-ci ildə təsis edilmiş sürətli poçt xidməti təqdim edən şirkətidir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 10 noyabr 2020-ci il tarixli qeydiyyat nömrəsi İN/L-432/2020 olan Sürətli poçt xidmətinin həyata keçirilməsi üzrə xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. 

Tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Smart Customs” sistemi ilə də inteqrasiya həyata keçirilib.