MSDS nədir?

MSDS nədir?

MSDS – Material Safety Data Sheet, yəni Maddənin Təhlükəsizlik Məlumatı vərəqidir. Qısaca desək, məhsulun tərkibi haqqında məlumatları özündə əks etdirən sənəddir. 

MSDS bütün potensial təhlükəli məhsullar və litium batareyaların (həm təhlükəli, həm də təhlükəli olmayan) daşınması üçün tələb olunur. MSDS həmçinin maye, krem və maqnit kimi potensial təhlükəli məhsulların daşınmasının təhlükəli olmadığını sübut etmək üçün də tələb oluna bilər.

MSDS sənədini necə əldə etmək olar?

MSDS sənədini istehsalçı, satıcı və ya tədarükçüdən əldə etmək mümkündür.

Hansı məhsullar üçün MSDS sənədini təqdim etmək vacibdir?

1. Maye və ya maye tərkibli məhsullar
Əgər hər hansı bir formada maye göndərirsinizsə, MSDS sənədi mütləq olmalıdır. Göndərilən hər hansı mayenin kimyəvi komponentlərini bilmək daşınma üçün çox vacibdir. Məsələn, maye tezalışandırsa, o, təhlükəli mal kimi sayılacaq və daşınması mümkün olmayacaq.

2. Elektronika məhsulları
Demək olar ki, bütün elektronika məhsullarının tərkibində batareya var. Batareyanın məhsulun daxilindəki mövcudluğundan asılı olmayaraq MSDS sənədi mütləq təqdim edilməlidir ki, biz onun daşınma üçün uyğunluğunu yoxlaya bilək.
 

3. Maqnit

Maqnitlərin də təhlükəli və təhlükəsiz növləri olur. Daşınması ilə bağlı təhlükəsiz olduğunu sübut etmək üçün MSDS sənədi təqdim edilməlidir.

Bunlar MSDS tələb edən ən çox yayılmış üç kateqoriyadır. Bununla belə, yanğın təhlükəsi yarada biləcək hər hansı bir məhsulun daşınma üçün uyğunluğunu aydınlaşdırmaq  üçün MSDS sənədi mütləq təqdim edilməlidir.

Məhsul daşınmaya uyğun olduğu halda, bu zaman bağlama MSDS sənədində qeyd edilən müvafiq qablaşdırma qaydalarına uyğun olmalıdır.

Qeyd edilən kateqoriyada yüklərin daşınması üçün əlavə olaraq UN38.3 sənədi də tələb oluna bilər ki, onu da satıcı və ya istehsalçıdan əvvəlcədən almağınızı tövsiyə edirik