Naməlum bağlama nə deməkdir?

Bəzi hallarda elə olur ki, bağlama gəlib anbara çatır, lakin bağlamanın üzərində müştəri kodu olmadığına görə bağlama Naməlum bağlama statusu ilə sistemə salınır. Belə olan təqdirdə isə bağlamanı Azərbaycana göndərmək mümkün olmur, çünki bağlamanın Azərbaycana göndərilməsi üçün istər fiziki şəxs, istər hüquqi şəxs tərəfindən Dövlət Gömrük Komitəsində bəyan olunmalıdır. 

Belə hal ilə qarşılaşmamağınız Şəxsi kabinetdə Ünvanlarım bölməsində qeyd olunan ünvanı tam şəkildə satıcıya təqdim etməli və ya onlayn satış platformasında qeyd etməlisiniz. 

Siz bizim saytımızda qeydiyyatdan keçən zaman avtomatik olaraq müştəri kodu yaradılır. Hazırda müştəri kodlarımız EL ilə başlayır və əlavə olaraq 6 rəqəmdən ibarət olur. 

Əlavə olaraq qeyd edək ki, anbarımızda olan naməlum bağlamalar barədə biz mütəmadi olaraq Telegram kanalımızda paylaşırıq.