Nə qədər ödəyirəm?

Biz bağlamalarınız sürətli, sərfəli şəkildə Azərbaycana çatdırılması üçün çalışırıq. Bu xidmətin tarifləri barədə məlumatı siz bizim Tariflər səhifəmizdən də əldə edə bilərsiniz. 

Bağlamanın daşınma haqqını dəqiq bağlama anbara çatandan sonra hesablamaq mümkündür. Bağlama anbara çatandan sonra əməkdaşlarımız tərəfindən bağlamanın ölçüləri və çəkisi barədə məlumatlar sistemə daxil edilir və daşınma haqqı hesablanır. 

Bağlamanız haqqında bu məlumatları bildiyiniz halda Tariflər səhifəsindəki kalkulyatordan istifadə edərək özünüz də çatdırılma haqqını hesablaya bilərsiniz. 

Bağlamaların daşınması zamanı həm fiziki, həm də həcmi çəki anlayışları tətbiq olunur. Bir bağlama üçün ikisi də tətbiq oluna bilməz, bağlamanızın ya fiziki, ya da həçmi çəki əsas götürülməklə daşınma haqqı hesablanır. 

Biz ölçüsü 1 (bir) metrdən yuxarı olan bağlamaların çatdırılmasına həcmi tarif tətibiq edirik.