Çindən Alış-veriş və kargo konsultasiyası

Bağlamaları növlərinə görə bir neçə qrupa bölmək olar: 

  • Maye
  • Toz
  • Elektronika 
  • Batareyalı məhsullar və s

İstənilən növ bağlamanın daşınması şərtləri müxtəlifdir. Bu detalları bilmədiyiniz halda sifarişləriniz düzgün edilməsinə və çatdırılması sizə çətinlik yarada bilər. Amma çıxış yolu var, biz sizə bu barədə də köməklik etməyə hazırıq. 

Almaq istədiyiniz məhsulun linkini isə sizə rahat olan üsul ilə - WhatsApp, mail, Telegram, Facebook, Instagram bizə göndərə bilərsiniz. Biz məhsul ilə tanış olduqdan sonra onun gətirilməsi üçün hansı anbardan istifadə etmək lazımdır, əlavə hansısa sənədlər lazımdır ya yox kimi ətraflı məlumatları sizə təqdim edə bilərik. Əlavə olaraq satıcı şəxsdən HS code adlı kodu öyrənə bilsəniz, Sizə daha da qısa müddət ərzində məlumat təqdim edə biləcəyik. 

Məqsədimiz çox sadədir - Çindən alış verişlərinizi sürətləndirmək və müştəri məmnuniyyətini təmin etməkdir.