Çindən Azərbaycana necə sifariş edə bilərəm?
Çinin onlayn satış platformaları digər ölkələrin satış platformalarından fərqlənir. Çünki Şərq incə məsələdir. Düzgün alış-veriş etmək üçün incəlikləri bilmək tövsiyə olunur. Bu bloqumuzda da biz sizinlə uzun müddət ərzində topladığımız biliklərimizi paylaşacağıq.
Bağlamalarınız qısa müddət ərzində təhlükəsiz şəkildə gəlib çatmasını üçün ilkin olaraq bizim saytımızda qeydiyyatdan keçməlisiniz. Əgər bunu etməmisinizsə Qeydiyyat düyməsini seçməklə qısa müddət ərzində bunu edə biləcəksiniz. Saytımızda qeydiyyatdan keçən kimi sizin iki ünvanda anbarınız olacaq. Biri Materik Çinin Quançjou əyalətində, digərisi isə Çinin xüsusi statuslu olan bölgəsi Honkonqda. Niyə iki anbar? Çünki Çində fəaliyyət göstərən onlayn satış platformalarının bəziləri məhsullarını ya Materik Çindəki, ya Honkonqdakı ya da ki hər iki ərazidəki ünvana göndərir. Onlayn satış platormasından, satıcıdan asılı olaraq çatdırılma şərtləri (çatdırdıqları ünvan, tariflər, çatdırılma müddəti və s) dəyişir.
Alış veriş etmək istədiyiniz saytlarda qeydiyyatdan keçdikdən sonra çatdırılma şərtləri ilə tanış olmalınız. Əksər saytlarda bu məlumat ya almaq istədiyiniz malın altına olur, ya da ki ayrıca bir səhifədə olur. Çatdırılma ünvanında Quançjou seçmək olmursa, demək ki bu satıcı və ya bu alış veriş platforması bağlamaları yanlız Honkonqa çatdırır və əksinə. Belə olan halda bizim xaricdəki iki ünvandan birini satıcıya təqdim edirsiniz və bununla da bağlamalarınız bizə çatdırılır. Əgər satıcı və ya platforma bağlamanı hər iki ünvana çatdırırsa o zaman siz çatdırılma tarifləri, çatdırılma müddətləri kimi meyarları əsas götürərək seçim edə bilərsiniz.
Diqqət etsəniz görərsiniz ki, hər iki anbarımızın ünvanı, həm Çin, həm də İngilis dilində yazılıb. Materik Çinə çatdırılma edilən zaman daha Çin dilindəki ünvandan, Honkonqa çatdırılma edirsinizsə İngilis dilindəki ünvandan istifadə etməyinizi tövsiyə edirik. İstər Çin, istər İngilis dilində olan ünvanlarda EL ilə başlayan kod sizin müştəri kodunuzdur. Anbarlarımıza daxil olan bağlamaların üzərindəki müştəri kodu ilə bağlamanın sizə aid olduğunu müəyyən edə bilirik. Təəssüf ki, bəzi hallarda satıcılar bu məlumatları qeyd etmir, bu səbəbdən də bağlamalarınız Naməlum bağlama statusu ilə sistemə salınır. Amma narahat olmayın, biz belə bağlamalar barədə məlumatı mütəmadi olaraq Telegram kanalımızda (https://t.me/elpost) paylaşırıq. Bu bağlamalarınız itməsi demək deyil, nadir halda olsa da belə hallar olur.
Onlayn satış platformalarında əksər halda standart məlumatlar tələb olunur ki, onlar da bizim saytımızda, şəxsi kabinetinizdə, ünvanlarım bölməsində qeyd olunub:
- Contact person - Əlaqələndirici şəxs, bu siz deyilsiniz, bu bizim xaricdəki əməkdaşımızdır
- Name and surname - Burada sizin adınız və soyadınız qeyd olunub
- Province/Region - Bizim anbarın yerləşdiyi regiondur
- Phone number - Bizim xaricdəki əməkdaşımızın əlaqə nömrəsidir, bu nömrə ilə istər kuryer, bu nömrə ilə əlaqə saxlamağınıza ehtiyac yoxdur
- City - Anbarımız yerləşən şəhərdir
- Address Line - Xaricdəki anbarımızın ünvanıdır. EL isə yuxarıda qeyd etdiyimiz müştəri kodunuzdur
- ZİP postal code - Poçt indeksidir
- Area - Xarici anbarımızın yerləşdiri ərazi bölgüsüdür
Qeyd: Honkonq anbarı korporativ yüklərin daşınması üçün fəaliyyət göstərir. Ətraflı məlumat üçün əlaqə saxlamağınızı xahiş edirəm.