Honkonq anbarının fəaliyyəti ilə bağlı
Hörmətli müştəri!
Məlumat üçün bildirmək istəyirik ki, Honkonq anbarından 01.07.2022 tarixdən etibarən yalnız Korporativ yüklərin daşınmasını həyata keçirəcəkdir, yəni, fiziki şəxslər üçün Honkonq anbarından bağlamaların çatdırılması dayandırılacaqdır.
Honkonq anbarından fiziki şəxslərin bağlamalarının çıxarılması üçün son tarix 20.06.2022-ci il tarixi təyin olunub.
Xahiş edirik:
- Fiziki şəxs olduğunu təqdirdə anbarda olan bağlamaları mümkün qədər qısa müddət ərzində bəyan edəsiniz ki, onların Azərbaycana çatdırılmasını həyata keçirə bilək.
- Hazırda anbarda olan bağlamanın son bəyan etmə tarixi 19.06.2022-ci il tarixidir.
- Hüquqi şəxs olduğunuz təqdirdə və Honkonq anbarından yük gətirmək istədiyiniz təqdirdə bizimlə öncədən əlaqə salxayasınız, belə ki, daşınması tələb olunan yükün çəkisindən asılı olaraq daşınmanın həyata keçirilməsi barədə tərəfimizdən qərar veriləcəkdir.