
Çin Yeni ilə əlaqədar vacib xəbər!
Hörmətli müştərilər!
Bildirmək istəyirik ki, Çin Yeni ili bayramı ilə əlaqədar 2025-ci ilin Yanvar ayında son göndəriş 14.01.2025-ci il tarixi üçün nəzərdə tutulub.
Xahiş edirik nəzərə alasınız:
-
11.01.2025-ci il tarixi daxil olmaqla anbara çatmış və bəyan edilmiş bağlamların 14.01.2025-ci il tarixdə anbardan göndərilməsinə zəmanət veririk.
- 11.01.2025-14.01.2025-ci il tarixləri arasında bağlama qəbul edəcəyik, amma bəyan etsəniz belə 14.01.2025-ci il tarixində anbardan göndərilməsinə zəmanət verə bilmirik, bacardığımız qədər bəyan olunma ardıcıllığı ilə bağlamaları anbardan çıxış üçün hazırlamağa çalışacıq.
- Çindəki anbarımız bir də 14.02.2025-ci il tarixindən etibarən fəaliyyəti davam edəcək.
- Bakı ofisimiz isə adi qrafiklə çalışacaq.
Vacib qeyd: Bir müddət mail-lərimizdə texniki problemin olduğunu müəyyən etmişdik, müəyyən etdikdən sonra problemin aradan qaldırılmasına da vaxt sərf edilib. Ola bilər ki bağlamanız gəlib anbara çatıb, amma bu barədə mail ilə məlumat almamısınız, xahiş edirik, hesaba daxil olub çatmış və bəyan olunmamış bağlamanız varsa bəyan edəsiniz.