Çatdırılma
Çin ilə bizim aramızda nə az nə çox təqribi olaraq 4700 km məsafə var. Elpost olaraq bizim işimiz sizin bağlamlalarızın dünyanın o başından bu başına gətirməkdir. Çindən Azərbaycana çatdırılma bu qədər asan olmamışdı.
Çindən Azərbaycana Çatdırılma
İstənilən bağlama anbarlarımızdan birinə çatdıqdan sonra sistemə salınır, sizə də məlumat gəlir ki bağlamanız anbardadır. Bağlamalarınız anbara çatdıqdan sonra:
- Fiziki şəxs olduğunuz halda bağlamanızın invoysu yüklənməyibsə invoysunu şəxsi kabinetdən yükləməlisiniz, daha sonra isə Smart Customs tətbiqetməsində bayan etməlisiniz.
- Hüquqi şəxs olduğunuz halda bağlamanızın invoysu yüklənməyibsə invoysunu şəxsi kabinetdən yükləməlisiniz.
Əgər gətirmək istədiyiniz məhsul, spesifik məhsuldursa (tibbi avadanlıq, xüsusi elektronika, batareya, maqnit tərkibli və) bu məhsulu sifariş etməmişdən öncə bizə məhsulun linkini təqdim etməyinizi xahiş edirik. Biz məhsulun daşınma şərtlərini və imkanlarını tərəfdaşlarımız olan şirkətlərlə müzakirə edir və Sizə bu barədə məlumat təqdim edirik. Elə məhsullar var ki, onları Materik Çin ərazisindən daşınması qadağandır, lakin Honkonqdan daşınmasına icazə var. Biz bu incə detalları bilirik, məhz bu səbəbdən də bizimlə əvvəlcədən əlaqə saxlamağınızı tövsiyə edirik. Bizim məqsədimiz sifarişlərinizi mümkün qədər qısa müddət ərzində Sizə təqdim etməkdir.
Xahiş edirik, nəzərə alasınız ki, bağlamanın bəyan edilməsində yanlışlıq olarsa bu yükünüzün gömrük orqanları tərəfindən saxlanmasına səbəb ola bilər. Əgər Smart Customs-da bağlamanı bəyan edən zaman yanlışlığa yol vermisinizsə və bu bəyannamə ən sonuncu bəyannamənizdirsə onu silib, bağlamanı yenidən bəyan edə bilərsiniz. Əks təqdirdə Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlamağınızı tövsiyə edirik.
Bütün bunlar icra edildikdən sonra bağlamnız anbardan çıxarılır. Hansı anbarınızdan istifadə etməyinizdən və sifarişiniz növündən asılı olaraq bağlama Çin daxilində səyahət edir. Lazım olan məntəqəyə çatandan sonra bağlamalarınız aviadaşınma şirkətinə təhvil verilir, bizim tərəfimizdən tələb olunan sənədlər hazırlanır, təqdim olunur və bağlamız Azərbaycana çatdırılması üçün təyyarənin göyə qalxmasını gözləyir.
Bağlamanız Azərbaycana çatandan sonra təyyarədən boşaldılması və Gömrük Komitəsi tərəfindən yoxlanılması həyata keçirilir.
Daha sonra əməkdaşlarımız tərəfindən bağlama bizim ofisimizə çatdırırlar. Bundan sonrakı proses çox sadədir:
- Fiziki şəxs olduğunuz halda şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb bağlamanızı ofisimzidən təhvil alırsınız.
- Hüquqi şəxs olduğunuz halda isə siz bağlamanın daşınması üçün ödənişi edirsiniz və biz sizə barkod əldə edirik.
Çatdırılma ödənişini isə bağlama Azərbaycana çatmamışdan əvvəl və ya sonra, kart və ya nağd üsulla ödəyə bilərsiniz.