Korporativ Karqo Xidməti
Elpost MMC olaraq biz korporativ müştərilərə də karqo xidməti göstərməkdən məmnunluq duyuruq. Fəaliyyətimiz dövründə bir sıra hüquqi şəxslərin etimadını qazanmışıq və daima onlar üçün avia daşınmaları biz həyata keçirdirik. İstər kiçik fərdi sahibkar, istər böyük hüquqi şəxs üçün eyni keyfiyyətdə karqo xidmətləri təklif edirik.
Karqo xidmətindən istifadə üçün nə etmək lazımdır?
İlk olaraq bizim saytımıza bu linkdən sayta daxil olursunuz və VÖEN ilə hesab açırsınız. Daha sonra satıcıya Ünvanım bölümündə olan ünvalanlardan birini təqdim edirsiniz və ora çatdırılma həyata keçirilir.
Sizinlə müqavilə bağlayırıqmı?
Əlbəttə, hətta bunun üçün standart şərtlərimizi təsvir edən hazır müqavilə formamız da mövcuddur. Bizimlə əlaqə saxlayın, sizə müqavilə forması təqdim edək və fəaliyyətimizi rəsmiləşdirək.
Hansı anbarı seçməliyəm?
Yükünüzdən asılı olaraq hər iki anbardan istifadə edə bilərsiniz. Lakin, bəzi məhsullar var ki, onların daşınmasını yalnız Honkonq anbarı üzərindən etmək mümkündür. Yüklərinizin gətirilməsi üçün hansı anbardan mümkün olduğunu bizimlə əlaqə saxlayıb dəqiqləşdirə bilərsiniz.
Yüküm barədə məlumatı Sizə necə bizə təqdim edirəm?
Satıcıdan invoys almağı unutmayın. Yükünüz bizim anbara gəlib çatandan sonra sizə bu barədə məlumat daxil olur və daha sonra Sifarişlərim bölümünə keçid edərək orada invoys əlavə edir və digər məlumatları təqdim edirsiniz.
Yükün gömrük rəsmiləşdirilməsi prosesi nəcədir?
Yükünüz Azərbaycana çatandan sonra bizim əməkdaşlarımız qısa müddət ərzində barkod əldə edir, həmin barkodu biz sizə təqdim edirik və yükünüzü Dövlət Gömrük Komitəsində rəsmiləşdirə bilirsiniz. Qeyd edək ki, broker xidməti bizim tərəfimizdən həyata keçirilmir.
Yüklərimin daşınma haqqını necə ödəyirəm?
Tərəfimizdən elektron qaimə vurulur və siz ödənişi edirsiniz. Ödənişi, hesabdan hesaba köçürmə vasitəsi ilə edə bilərsiniz. Bizim bank rekvizitləri haqqında məlumatlarımız sizin şəxsi kabinetdə Bank bölümündə mövcuddur.